...

Komitə sədri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 28 Oktyabr 2016 19:01 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edib.
Komitə sədri  “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edib və ölkədə həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanları mövzusunda çıxış edib.

Komitədən Trend-ə verilən məlumata görə, işgüzar nahar formatında keçirilən bu cür tədbirlər Palata tərəfindən hər ay təşkil olunmaqla, tədbirlərə qonaq qismində Azərbaycanın nazirləri, komitə sədrləri, Milli Məclisin üzvləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilir. Qonaq qismində dəvət olunmuş şəxslər ölkə ictimaiyyəti üçün aktual olan və “AmCham”ın üzvlərini maraqlandıran aidiyyəti məsələlər haqqında təqdimatla çıxış edir, yaranan sualları cavablandırır, yekunda isə qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi və müzakirələr aparılır.

Dövlət əmlakının özəlləşdirilməsi mövzusuna həsr edilmiş tədbirin rəsmi hissəsində K.Həsənov ölkədə həyata keçirilən iqtisadi islahatlar, özəlləşdirmə prosesindəki yeniliklər, daşınmaz əmlakın idarə edilməsi və qeydiyyatı sahəsində innovativ və elektron xidmətlər barədə, habelə gələcək perspektivlər haqqında təqdimatla çıxış edib.

Təqdimatda Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin tarixi, özəlləşdirmə sahəsində qəbul edilmiş qanunverici aktların digər ölkələrdəki proqramlardan fərqli cəhətləri, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin özəlləşdirmə prosesinin başlanması və dönməzliyinin təmin olunmasında rolu, bu sahədə əldə edilmiş nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər geniş yer alıb.

Eyni zamanda, Kərəm Həsənov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən özəlləşdirmənin yeni, strateji mərhələsinin başlaması ilə bağlı qəbul etdiyi qərarlar, özəlləşdirməyə açılmış yeni müəssisə və sahələr, prosesə xarici investorların cəlb edilməsi və qeyr-neft sektorunun inkişafının bu yolla dəstəklənməsi, eləcə də məsləhətçi şirkətlərlə əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib.

K.Həsənovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb, onların xarici investorların özəlləşdirmədə iştirakının hüquqi rejimi, investisiyalara təminat, xarici investorlara tətbiq edilməsi mümkün olan güzəşt və imtiyazlar, habelə bu sahədə nüfuzlu məsləhətçi şirkətlərin rolu haqqında çoxsaylı sualları cavablandırılıb. Yerli və xairici iş adamları və biznes nümayəndələri ilə bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsi qərara alınıb.

Tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın Prezidenti İlqar Vəliyev Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sahədə mövcud layihələrin icrasının və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərin hər zaman “AmCham” üzvlərinin diqqətində olduğunu və onlar üçün xüsusi maraq kəsb etdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti