...

Neft qiymətləri bu həftəyə artımla başladı

İqtisadiyyat Materials 10 İyul 2017 23:42 (UTC +04:00)
Dünya neft qiymətləri bu həftəyə artımla başlayıb
Neft qiymətləri bu həftəyə artımla başladı

Bakı. Trend:

Dünya neft qiymətləri bu həftəyə artımla başlayıb.

Trend-in məlumatına görə, buna Liviya və Nigeriyanın OPEK Nazirlər Komitəsinin iclasına dəvət edilməsi səbəb olub.

Brend markalı neftin qiyməti bu gün səhər saatlarında 0,73 faiz qalxaraq bir barrel üçün 47,05 dollara bərabər olub.

Qeyd edək ki, ötən həftə sonu neft qiymətləri hərracda 3 faizədək azalmışdı.

OPEK sazişinin icra olunmasının monitorinqi üzrə Nazirlər Komitəsinin iclası iyulun 24-ü Sankt-Peterburqda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti