...

"Günəşli" yatağında hasilatın artırılması üçün yeni üsullar müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 19 İyul 2017 14:33 (UTC +04:00)
SOCAR-ın baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsi müzakirə edilib.
"Günəşli" yatağında hasilatın artırılması üçün yeni üsullar müzakirə olunub (FOTO)

Bakı. Trend:

SOCAR-ın baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsi müzakirə edilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, müzakirədə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov, “McKinsey&Company;” şirkətinin layihə rəhbəri Otto van der Molen, eləcə də, hər iki şirkətin məsul mütəxəssisləri iştirak ediblər.

İclasda “McKinsey&Company;” şirkətinin hazırladığı “Mayak” layihəsi barədə ətraflı məlumat verilib, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilib.

Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapıb.

“McKinsey&Company;” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınıb, 2018-ci il üçün yataqda hasilatın ən az 7% artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılıb.

Qeyd edilib ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti