...

Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-geoloji gəmisi təmirə dayanıb

İqtisadiyyat Materials 7 Sentyabr 2017 11:46 (UTC +04:00)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ixtisaslaşdırlmış donanmasına məxsus “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb.
Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-geoloji gəmisi təmirə dayanıb

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ixtisaslaşdırlmış donanmasına məxsus “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb.

Qurumdan Trend-ə verilən məlumata görə, gəminin avar və sükan qurğuları keyfiyyətlə təmir edilir, sualtı və suüstü hissələrinin, lövbər və lövbər zəncirinin rənglənməsi həyata keçirilir. Gəminin gövdə hissəsinin qüsurlu yerləri də təmir olunur. Eyni zamanda, üzən vasitənin göyərtəsində dəmir lövhələr dəyişdirilir.

Uzunluğu 45.635, eni 9.310 metr olan gəminin maksimal sürəti 11.4 uzel, dedveyti isə 171 tondur.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınmasında ən müxtəlif xidmətlər göstərir. Təmirə dayanan “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi bu xidmətlərdə istismar edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti