...

Azərbaycanla Belarus avtodaşıyıcılara "icazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib (FOTO)

İqtisadiyyat Materials 1 May 2018 15:51 (UTC +04:00)
Beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib
Azərbaycanla Belarus avtodaşıyıcılara "icazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib (FOTO)

Bakı. Trend:

Minsk şəhərində Azərbaycanla Belarus arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Belarus nümayəndə heyətinə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi Serqey Dubina rəhbərlik edib.

İclasda Azərbaycanla Belarus arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Eyni zamanda, Belarus ərazisində Azərbaycan avtodaşıyıcılarına daha səmərəli şərait yaradılması müzakirə olunub.

Bundan başqa, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçüləri, təhlükəli yüklərin daşınması qaydaları, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrindəki yanacağın miqdarı, İcazə Sisteminin tətbiqi və.s barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rəqəmli Taxoqraf və İcazə Sisteminin tətbiqini həyata keçirən Belarusun Nəqliyyat Müfəttişliyi Baş İdarəsinin, sürücülərin və nəqliyyat operatorlarının tədrisi ilə məşğul olan Belarus Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının fəaliyyəti ilə tanış olub, əyani təcrübə mübadiləsi həyata keçirilib.

Tərəflər hər iki ölkənin avtodaşıyıcılarının tələbatlarını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib.

Sonda qeyd edilən və eləcə də, aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq Protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti