...

18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb (FOTO)

İqtisadiyyat Materials 6 İyun 2018 15:49 (UTC +04:00)
Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb.
18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb (FOTO)

Bakı. Trend:

Bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu komitənin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsində torpaqların kadastr uçotu işlərinin nəticələri ilə bağlı təqdimatda bildirib.

R.Cəlilov bildirib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və digər məlumatlar əksini tapır. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində müfəssəl elektron kadastr məlumat bazası yaradılıb.

Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşmışdır. Bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, ərazidəki torpaqların təyinatını və keyfiyyət göstəricilərini özündə əks etdirir. Bu isə bələdiyyə torpaqlarının daha səmərəli idarə edilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti