...

Daha bir kənd ilk dəfə təbii qazla təmin olunub

İqtisadiyyat Materials 10 Oktyabr 2018 13:44 (UTC +04:00)
Siyəzənin Qozağacı kəndi ilk dəfə təbii qazla təmin olunub
Daha bir kənd ilk dəfə təbii qazla təmin olunub

Bakı. Trend:

Siyəzənin Qozağacı kəndi ilk dəfə təbii qazla təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) Trend-ə verilən məlumata görə, Qozağacı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 558 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 65 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sisteminin tətbiqi hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti