...

İsveçrə Konfederasiyasının Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

İqtisadiyyat Materials 22 Fevral 2019 04:38 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Konfederasiyasının iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Qraubünden kantonuna işgüzar səfər edib
İsveçrə Konfederasiyasının Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Konfederasiyasının iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Qraubünden kantonuna işgüzar səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində səfir Xanım İbrahimovanın Qraubünden kantonu hökumətinin prezidenti Yan Domenik Parolini ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilmiş, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilib. Səfir Xanım İbrahimova Azərbaycan ilə Qraubünden kantonu arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulayıb.

Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Yan Domenik Parolini ölkələrimizin institusional qurumları arasında münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti