...

Azərbaycanda yaşayış minimumu məbləği son oxunuşda təsdiq olundu

İqtisadiyyat Materials 29 Noyabr 2019 12:15 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub.

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti