...

AQTA: Hansısa yarımçıq məlumatın media vasitəsi ilə yayılması yolverilməz və qərəzlidir

İqtisadiyyat Materials 30 Noyabr 2019 15:35 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəhərlənmələri ilə bağlı son günlər yayılan xəbərlərə münasibət bildirib.
AQTA: Hansısa yarımçıq məlumatın media vasitəsi ilə yayılması yolverilməz və qərəzlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəhərlənmələri ilə bağlı son günlər yayılan xəbərlərə münasibət bildirib.

AQTA-dan Trend-ə verilən məlumata görə, açıqlamada deyilir:

"Son günlər kütləvi informasiya vasitələrində heç bir ekspertiza rəyi olmadan qida zəhərlənmələri ilə bağlı məlumatlar yayılmaqdadır. Təbii ki, bütün bunlara səhətində problem yaranmış şəxslərdən alınmış ilkin məlumatların tələm-tələsik ictimailəşdirilməsi səbəb olur. Lakin laborator müayinələrin nəticəsində yayılmış ilkin məlumatların doğru olmadığı, əksər hallarda isə hadisənin ümumiyyətlə qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı aşkar olunur. Faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmanın göstəricisidir. İstənilən halda ekspertiza öz rəyini bildirmədən hansısa yarımçıq məlumatın media vasitəsi ilə yayılması yolverilməz və qərəzlidir!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti