...

Bu il Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi artıb

İqtisadiyyat Materials 27 Dekabr 2019 15:59 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.

Trend-in məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda ölkədə 67 min POS-terminal mövcuddur:

"Nağdsız ödənişlərlə bağlı artıq 10 ildən artıqdır ki, maarifləndirmə tədbirləri görürük. Ölkəyə gələn turistlərin sayı artır ki, bu da sözügedən sahənin önəmini artırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti