...

Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib

İqtisadiyyat Materials 17 Sentyabr 2020 23:22 (UTC +04:00)
Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib

Bakı. Trend:

Azərbaycana Belarusdan "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib. Azərbaycan Dəmir Yolları QSC-nin fərdi sifarişinin ikinci partiyası "Stadler Minsk" QSC-də istehsal edilib.

Trend-in məlumatına görə, bu barədə "BELTA"ya "Stadler Misnk" QSC-nin reklam və marketinq kommunikasiyaları bürosundan bildiriblər.

Məlumata əsasən, sifariş çərçivəsində ilk 9 vaqon "Stadler" şirkətinin İsveçrədəki müəssisəsində istehsal edilib və 2019-cu ildə Azərbaycana gətirilib. İsveçrədən Azərbaycana vaqonlar təxminən iki həftə ərzində gəlib.

Bildirilir ki, növbəti 9 yataq tipli vaqonun da Azərbaycana gətirilməsi təxminən iki həftə çəkib - vaqonlar Belarus və Rusiyadan keçərək ölkəyə gəlib: "9 ədəd yataq tipli vaqonun birlikdə uzunluğu 264 metr təşkil edir. İki həftəlik yol zamanı "Stadler" şirkətinin əməkdaşları yataq tipli vaqonlarda yüksək səviyyədə komfort və hərəkət rahatlığını özləri də hiss edə biliblər".

Qeyd edilir ki, yeni yataq tipli vaqonlar Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) - Ankara (Türkiyə) marşrutu üzrə beynəlxalq əlaqə üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti