...

Fermerlərin diqqətinə: Bu ildən əkin sahələrindən aqrokimyəvi analiz götürüləcək

İqtisadiyyat Materials 18 Fevral 2021 16:35 (UTC +04:00)
Fermerlərin diqqətinə: Bu ildən əkin sahələrindən aqrokimyəvi analiz götürüləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu ildən etibarən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq.

Bu barədə Trend-ə Kənd Təsərrüfaatı Nazirliyindən bildiriblər. Qeyd olunub ki, bu Aqrar Subsidiya Şurasının qərarına əsasən həyata keçiriləcək: "Kənd Təsərrüfatı Nazirliyinin Regional Aqrokimya laboratoriyalarında torpaq analizlərinin götürülməsinə başlanılıb. Nəticələr payızlıq əkinlərin monitorinq nəticələri ilə birlikdə electron KTN-nin informasiya sisteminə daxil ediləcək və bundan sonra fermerlərə əkin subsidiyiları ödəniləcək. Artıq torpaq sahələri 10 hektardan artıq olan fermerlərin siyahıları toplanaraq rayonlara göndərilib".

Torpaqların aqrokimyəvi analizi, fermerlərə torpağın qida elementlərinə ehtiyacınıŞ bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək üçün əlavə imaknlar yaradır: "Regional aqrokimya laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümaunə üçün qiyməti 28 manatdır. Analiz üçün əkin sahələrində hər 5 hektardan bir nümunə götürmək daha məqsədə uyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti