...

Qubadan Şamaxıya yol çəkilişi ilə bağlı iş dayandırılıb

İqtisadiyyat Materials 22 Fevral 2021 12:16 (UTC +04:00)
Qubadan Şamaxıya yol çəkilişi ilə bağlı iş dayandırılıb

Bakı. Samir Əli - Trend:

Şamaxıdan Quba rayonuna yol layihəsi nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, bu, sadəcə bir fikir olub.

"Belə bir layihə olmayıb. Bu gün araşdırıldı ki, Qubadan Şamaxıya yol çəkilməsi hələlik əhəmiyyətli deyil. Ona görə də bu təşəbbüs hələlik dondurulub. Gələcəkdə bu yenidən gündəmə gələrsə, yolun çəkilməsi məsələsinə baxıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti