...

Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV

İqtisadiyyat Materials 18 May 2021 17:15 (UTC +04:00)
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV

Tərtər. Aslan Məmmədli – Trend:

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir.

Trend TV-nin çəkiliş qrupu bu dəfə Bərdədən Ağdamın şəhər mərkəzinə aparacaq yeni yolun tikinti prosesi ilə maraqlanıb.

İş icraçısı, layihənin mühəndisi Dəyanət Ağakişiyev Trend-in Qarabağ bürosuna bildirib ki, hazırda yolun çəkilişi demək olar ki, faziləsiz aparılır. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib: “Yolun Ağdam rayonu ərazisindən keçən hissəsi demək olar ki, minalardan təmizlənib. Yol yataqlarının genişləndirilməsi, torpaq qatının qazılması, bərkidilməsi işləri görülür. Nəzərdə tutulan 45 km uzunluğunda olan yeni avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq 26,5 metr enində layihələndirilib. 4 hərəkət zolağı nəzərdə tutulur. Yol çiyinlərinin eni 3 metr, ayırıcı zolağın eni 2 metr, bərkidici zolaqlar isə 0,75 metr olacaq”.

Mühəndis onu da əlavə edib ki, yol boyu dəmir yolu körpülərinin, suötürücü boruların, mal-qara keçidlərinin inşası planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti