...

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edilib

İqtisadiyyat Materials 13 İyul 2021 17:25 (UTC +04:00)
“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, kredit ittifaqları hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydada qurumda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

Borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti