...

Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 16 Oktyabr 2021 12:52 (UTC +04:00)
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

15 oktyabr tarixində Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində nəqliyyat sektoruna aid 4 portfel şirkətin “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti