...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

İqtisadiyyat Materials 1 Mart 2022 20:18 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 394,6 milyon manat təşkil etmişdir ki, onun da 373,9 milyon manatı heyvandarlıq, 20,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,7 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə 4,8 faiz artıb.

Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 44,4 min ton ət, 1 59,2 min ton süd, 157,0 milyon ədəd yumurta istehsal edilib, 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,4 faiz və yumurta istehsalı 2,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti