Bakı. Trend:
Bu il aprelin 1-nə Azərbaycanda 1 360 747 vergi ödəyicisi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə vergi ödəyicilərinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlardır.
Son 1 ildə fərdi sahibkarların sayı 9,9%, şirkətlərin sayı isə 7,8% artıb.