...

Son 3 ayda sosial sığorta haqları üzrə daxilolmalar 17% artıb

İqtisadiyyat Materials 14 Aprel 2022 17:20 (UTC +04:00)
Son 3 ayda sosial sığorta haqları üzrə daxilolmalar 17% artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, 2022-ci il aprel ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779.476 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239.554 vahid çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2022-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz və ya 152 milyon 118,3 min manat artıb, daxilolmalar üzrə proqnoz 86 milyon 602,1 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 649 milyon 803,9 min manat təşkil edib, proqnoz 118,2% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 35,3 milyon manat olub, proqnoz 112.3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1% artaraq 25,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 122,5% icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti