...

Horadiz-Ağbənd magistral yolu gələn il tam hazır olacaq - Agentlik sədri

İqtisadiyyat Materials 18 Fevral 2023 12:31 (UTC +04:00)
Horadiz-Ağbənd magistral yolu gələn il tam hazır olacaq - Agentlik sədri
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Zəngilan. Trend:

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) magistral avtomobil yolunun inşası davam etdirilir.

Trend-in məlumatına görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, yolun torpaqlanma işi başa çatmaq üzrədir: "Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Yol gələn ili iyul ayında tam hazır olacaq".

S.Məmmədov deyib ki, yolun xərclər smetası hissə-hissə hazırlanmaqla hökumətə təqdim edilib: "Aidiyyəti qurumlar həmin xərcləri dəqiqləşdirəndən sonra maliyyə ayrılıb və həmin hissələr tikilib. Yol tam hazır olandan sonra layihənin ümumi dəyəri ictimaiyyətə açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti