Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 10 aprel 2023-cü il tarixində saat 10:00-da Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, aprel ayı üzrə keçiriləcək qəbulun tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.