...

Martda Ərzurum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 258 mini ötüb

İqtisadiyyat Materials 25 Aprel 2023 12:39 (UTC +04:00)
Martda Ərzurum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 258 mini ötüb

Bakı. Trend:

2023-cü ilin mart ayında Türkiyənin Ərzurum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 6 faiz artaraq, 258 min 787 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 5 faiz azalaraq 256 min 360 nəfər, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 2 min 427 nəfər təşkil edib.

Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 2 min 137 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 2 min 89 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2,1 dəfə artaraq, 48 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 1 min 853 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz artaraq 1 min 806, beynəlxalq reyslər üzrə isə 62 faiz artaraq 47 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti