...

Mediasiya Şurasının aktivləşməsi Azərbaycanda sığorta savadlılığının daha dərindən formalaşmasına kömək edəcək (YENİLƏNİB)

İqtisadiyyat Materials 17 İyul 2023 12:39 (UTC +04:00)
Mediasiya Şurasının aktivləşməsi Azərbaycanda sığorta savadlılığının daha dərindən formalaşmasına kömək edəcək (YENİLƏNİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məhkəmə iddiaları bu və ya digər şəkildə sığorta bazarının nüfuzuna xələl gətirə bilər.

Trend bazar ertəsi xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev "Sığorta mübahisələrinin uğurlu həlli yolu” adlı konfransda deyib.

"2021-ci ildə İqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1223 olub. Bunun da 564 işində digər istisna sahələrlə yanaşı sığorta sahəsi də yer alıb. Bu mənada qeyd etmək istəyirəm ki, mediasiya institutunun sığorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40%-ə yaxın olan faiz nisbətinin kiçilməsinə, həm mübahisələrin ədalətli həllinə, bununla yanaşı sığortalılarda sığorta savadlılığının daha dərindən formalaşmasına zəmin yaradacaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, cəmiyyətdə sığorta savadlılığının artırılması faktorunun bu sahədə məhkəmə çəkişmələrinin, mübahisələrinin azalmasına təkan verən başlıca amil olması danılmaz faktdır.

"Bu mənada qeyd etmək istəyirəm ki, artıq 3-cü ildir ki, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birgə memorandum çərçivəsində ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi işləri aparır. Hesab edirəm ki, gördüyümüz bu iş yaxın gələcəkdə bu sahədə mübahisələrin və anlaşmazlıqların azalmasına və aradan qalxmasına öz müsbət təsirini göstərəcəkdir", - deyə o əlavə edib.

Qeyd edək ki, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

ASA 29 dekabr 2006-cı il tarixində Azərbaycan respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi: Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir.

Xatırladaq ki, ASA-nın üzvləri 24 şirkətdən ibarətdir. Bunlardan 5 şirkət həyat sığortası, 15-i non-life seqmenti üzrə 1 təkrarsığorta şirkəti "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür. Birliyin müstəqil binası, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

Xatırladaq ki, 5 həyat sığortası şirkəti, 15 non-life seqmentində sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və üç sığorta brokeri olmaqla 24 şirkət ASA-nın üzvüdür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti