...

Qarabağda və Şərqi Zəngəzurdakı tarixi abidələrlə bağlı plenum keçiriləcək

Mədəniyyət Materials 1 May 2024 13:23 (UTC +04:00)
Qarabağda və Şərqi Zəngəzurdakı tarixi abidələrlə bağlı plenum keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 24-25-də Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda yaz plenumu keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Memarlar İttifaqından bildirilib.

Plenumun işində Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzurda və Qarabağda təyin olunmuş xüsusi nümayəndələrinin, Şuşa şəhəri Dövlət Qoruğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun nümayəndələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, habelə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutlarının əməkdaşlarının iştirakı nəzərdə tutulub.

Plenumda mövzu ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq, böyük zəfərimizdən sonrakı 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə bərpa edilmiş tarixi-memarlıq abidələrini əks etdirən sərgi nümayiş olunacaq. Sonda plenumda dinlənilən məsələlər üzrə qətnamə qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti