...

Dünyanın gələcəyi bizdən asılıdır - Migel Moratinos

Cəmiyyət Materials 1 May 2024 13:02 (UTC +04:00)
Dünyanın gələcəyi bizdən asılıdır - Migel Moratinos
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yerli və beynəlxalq səviyyədə səylərimizi birləşdirməliyik.

Trend-in məlumatına görə, bunu BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, nəsillərarası dialoq bizim ən böyük töhfələrimizdən biridir.

“Bu otaqdan çıxanda öhdəlik götürəcəyik ki, biz dünyanı daha yaxşı edəcəyik. Dünyanın gələcəyi bizdən asılıdır. Gənclər bunu edə bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti