...

Azərbaycanda gömrük orqanları xətti ilə daxilolmalar artdı

İqtisadiyyat Materials 21 Avqust 2023 15:15 (UTC +04:00)
Azərbaycanda gömrük orqanları xətti ilə daxilolmalar artdı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat dövründə idxal həcminin və idxal inflyasiyasının artması fonunda gömrük orqanları xətti ilə daxilolmalar proqnozu əhəmiyyətli dərəcədə üstələyib.

Trend xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.

Qeyd edilib ki, cari ilin ilk altı ayı ərzində gömrük daxilolmaları 2370,0 mln. manat proqnoza qarşı 3075,4 mln. manat icra edilib. Bu göstərici ötən ilin müvafiq dövründən 535,6 mln. manat və ya 21,1% çox olub. Gömrük daxilolmaları proqnozu ən az may ayında (76,9 mln. manat), ən çox isə mart ayında (143,1 mln manat) üstələyib.

İdxal həcminin real və nominal ifadədə artması DGK xətti ilə illik müqayisədə daha çox daxilolmaların icrası ilə nəticələnib. DSK-nın məlumatlarına əsasən, yanvar-iyun aylarında idxal real ifadədə 8,5%, nominal ifadədə isə 29,0% artmış, bu isə gömrük daxilolmalarının artımında idxal mallarına tələblə müqayisədə idxal olunan malların qiymətinin artmasının daha çox rolunun olduğunu deməyə imkan verib. DGK xətti ilə daxilolmaların həcmində ƏDV və yol vergisi müvafiq olaraq ən çox və ən az xüsusi çəkiyə malik olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti