...

Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi

İqtisadiyyat Materials 23 Yanvar 2025 17:17 (UTC +04:00)
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) üç kredit ittifaqına icrası məcburi göstəriş verib.

AMB-dən Trend-ə verilən məlumata görə, sözügedən kredit ittifaqları “Stimul”, “Total Finans”, “Finans” MMC-lərdir.

Belə ki, sözügedən kredit ittifaqlarının hər biri tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməyib.

Bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onlara bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti