...

RQİF və AQİF Qırğızıstanda investisiya layihələrinin birgə maliyyələşməsi üzrə saziş bağlayıblar

İqtisadiyyat Materials 6 Fevral 2025 10:37 (UTC +04:00)
RQİF və AQİF Qırğızıstanda investisiya layihələrinin birgə maliyyələşməsi üzrə saziş bağlayıblar
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Rusiya-Qırğızıstan İnkişaf Fondu (RQİF) və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstanda investisiya layihələrinin birgə maliyyələşməsi haqda saziş imzalayıblar.

Trend bu barədə RQİF-a istinadən xəbər verir.

Bu tərəfdaşlığın əsas məqsədi Qırğızıstan üçün iqtisadi və strateji əhəmiyyəti olan layihələrin gerçəkləşdirilməsi yolu ilə Qırğızıstan iqtisadiyyatının müasirləşdirilməsi və inkişafına vasitəçilik etməkdir.

İnvestisiyalar kredit şəklində birgə maliyyələşmə və kapitalda iştirak, həmçinin, Qırğızıstan ərazisində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən təsərrüfat subyektləri ilə bağlı digər maliyyə alətlərindən istifadə formasında həyata keçiriləcək.

Qeyd olunur ki, sazişin şərtlərinə görə, hər layihə üzrə nəzərdə tutulan maliyyələşmə həcmi hər fond üçün 1 milyon ABŞ dollarından az olmayacaq.

“Birgə layihələrin həyata keçirilməsi zamanı RQİF və AQİF ilk növbədə Qırğızıstan Respublikasının iqtisadiyyatının inkişaf prinsiplərini əsas tutacaq. Fondların hədəfləri üst-üstə düşür. Əminəm ki, bu cür maliyyə sinerjisi layiqli nəticələrə gətirib çıxaracaq”, - deyə RQİF idarə heyətinin sədri Artyom Novikov bildirib.

Öz növbəsində AQİF idarə heyətinin sədri Almaz Mambetov RQİF-in mövcud olduğu 10 il ərzində biznesin maliyyələşməsi üzrə böyük təcrübə və səriştəyə malik olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti