...

Qırğızıstanla yükdaşıyıcıların tranziti üçün icazə sənədlərinin verilişi elektronlaşa bilər

İqtisadiyyat Materials 11 Fevral 2025 17:00 (UTC +04:00)
Qırğızıstanla yükdaşıyıcıların tranziti üçün icazə sənədlərinin verilişi elektronlaşa bilər
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov və Azərbaycanın Yürüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində, xüsusilə Orta dəhlizin inkişafı istiqamətində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Trend bu haqda Qırğızıstan XİN-ə istinadən məlumat verir.

Mamıtkanov Azərbaycan ərazisində qırğız daşıyıcılar üçün şərtlərin sadələşdirilməsinin əhəmiyyətindən danışıb və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edib.

Tərəflər, eyni zamanda, nəqliyyat sektorunun rəqəmsallaşdırılması istiqamətində lazımi ölçüləri, o cümlədən, yükdaşıyıcılarının tranziti üçün icazə sənədlərinin elektron verilişinə keçidin mümkünlüyünü müzakirə ediblər.

Bundan savayı, söhbətdə qırğızıstanlı və azərbaycanlı yükdaşıyıcıları arasında birbaşa təmasların qurulması və sürücülərin peşəkar hazırlığı kimi mövzulara toxunulub.

Qeyd edək ki, Orta dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçən və daha sonra Türkiyəyə və oradan da Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur. Marşrut eyni zamanda qədim “İpək yolunun” müasir, bərpa olunmuş variantı sayılan “Vahid kəmər - vahid yol” beynəlxalq təşəbbüsünün bir hissəsi sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti