Bakı. Trend:
Ordubad-Marazad Su Elektrik Stansiyasının tikinti işlərinin 60 faizi yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılmış işlərlə tanışlığı zamanı məlumat verilib.
Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad SES -in ümumi tikinti işlərinin 60 faizi yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır.