Bakı. Trend:
Cari ilin mart ayında Azərbaycanda xurma, naringi, qoz, kartof, soğan və balqabağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb.
Bu barədə Trend Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, hesabat ayı ərzində digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb.
Eyni zamanda bildirilib ki, 2025-ci ilin mart ayında limon (Lənkəran), armud (Düşes), üzüm (Kardinal), fındıq, çiyələk, şabalıd (Çin), soğan (Qırmızı, yerli), pomidor, xiyar, bibər, çuğundur, yerkökü, və sarımsağın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən aşağı olub, digər kənd təsərrüfatı məhsullaırnın qiyməti isə qalxıb.
Bu ilin mart ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya və ilə nisbətən necə dəyişdiyi ilə bağlı göstəriciləri təqdim edirik: