Bakı. Trend:
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% artıb.
Trend-in Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyi məlumata görə, bu məhsulların ümumi istehsal dəyəri faktiki qiymətlərlə 1,6 milyard manat olub.
Bu məbləğin 1,5 milyard manatı (94,3%-i) heyvandarlıq sahəsinin, 91,5 milyon manatı isə (5,7%-i) bitkiçilik sahəsinin payına düşüb.
Hesabat dövründə kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda (ÜDM) payı 3,1% təşkil edib.
Qeyd edək ki, bu dövrdə 122,2 min hektar ərazidə yazlıq bitkilərin səpini aparılıb ki, bu da, illik müqayisədə 0,5% artım deməkdir.