Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında 285.3 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
Trend bu barədə Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 1.8 faiz artıb.
Bununla yanaşı, hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmində dəyəri faktiki qiymətlərlə 2345.5 milyon manat təşkil edib ki, bunun da 91.7 faizi (2151.5 milyon manat) heyvandarlıq sahəsinin, 8.3 faizi (194.0 milyon manat) isə bitkiçilik sahəsinin payına düşüb.
Bu yanvar-aprel aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.3 faiz olub.