...

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

İqtisadiyyat Materials 8 Avqust 2025 10:42 (UTC +04:00)
“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb

Bildirilib ki, proses zamanı baş mühərriklər, braşpil, şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları, heyətin yaşayış yerləri, sanitar qovşaqlar və yeməkxana təmir olunub.

"Həmçinin gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü sahələrində zədələnmiş sahələr və protektorlar dəyişdirilib.

Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər qurğuları və zəncirləri sazlanıb, gəminin helikopter meydançasının leyer çəpəri və drenaj (şpiqat) sistemi əsaslı təmir olunub.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 3 dəst stasionar radiostansiyalar, 1 dəst girokompas və 1 ədəd yeni qəza radiomayakı (EPIRB) quraşdırılıb. Həmçinin gəmi yeni “İnmarsat-C” avadanlığı ilə təchiz olunub.

Təmirdən sonra dalğıc gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

“Akademik Tofiq İsmayılov” gəmisinin uzunluğu 91,8, eni 17 metrdir. DP sistemi ilə təchiz olunmuş bu gəmi 300 metrə qədər dərinlikdə dalğıc, 1000 metrə qədər dərin sahələrdə isə digər sualtı işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti