Bakı. Trend:
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Trend Mərkəzi Banka istinadən xəbər verir ki, 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 milyard ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb.
Bildirilib ki, CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib.
"Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır", - məlumatda vurğulanıb.
