...

AİB Azərbaycanın iştirakı ilə özəl sektorun inkişafı üzrə regional layihəni nəzərdən keçirir

İqtisadiyyat Materials 12 Dekabr 2025 10:23 (UTC +04:00)
AİB Azərbaycanın iştirakı ilə özəl sektorun inkişafı üzrə regional layihəni nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) özəl sektorun inkişafı sahəsində yeni regional texniki yardım təşəbbüsünü nəzərdən keçirir.

Trend bu barədə AİB-ə istinadla məlumat verir.

Özəl sektorun inkişafı: kapital bazarlarında islahatlar, resursların səmərəli bölgüsü və şirkətlərin inkişafı" adlanan təşəbbüs Əfqanıstan, Ermənistan, Azərbaycan, Banqladeş, Butan, Bruney-Darülsəlam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin, Papua–Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Solomon adaları, Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leşte, Türkmənistan, Tonqa, Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam da daxil olmaqla 40-dan çox ölkəni əhatə edir.

Təklif olunan texniki yardım AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılan 250 min ABŞ dolları hesabına maliyyələşdiriləcək.

Bu təşəbbüs kapital bazarlarında aparılan islahatların və qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinin şirkətlərin və ümumilikdə özəl sektorun inkişafına təsirinin öyrənilməsinə yönəlib.

Layihənin ilk mərhələsində iflas mexanizmləri və yerli valyuta bazarlarında aparılan islahatların şirkətlərin maliyyələşməyə çıxışı və inkişaf dinamikasına necə təsir etdiyini göstərən yeni və detallı məlumatların toplanması nəzərdə tutulur. Müxtəlif ölkələrdən əldə ediləcək məlumatlar əsasında aparılacaq tədqiqat belə islahatların maliyyə və maddi resursların qeyri-səmərəli bölgüsünün azaldılmasına, eləcə də inkişaf etməkdə olan AİB üzv ölkələrinə daha çox özəl kapital cəlb edilməsinə hansı dərəcədə kömək etdiyini daha yaxşı anlamağa imkan verəcək.

İkinci mərhələ kiçik və orta sahibkarlığın inkişafına və süni intellekt, avtomatlaşdırma, bulud xidmətləri və irihəcmli məlumatlar kimi qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinə fokuslanacaq. Təhlil Koreya şirkətləri arasında aparılacaq genişmiqyaslı sorğulara əsaslanacaq. Həmçinin əmək qanunvericiliyinin texnologiyaların tətbiqinə təsiri və müəssisələrin mövcud maneələri aradan qaldırmasına hansı milli və regional tədbirlərin yardım edə biləcəyi öyrəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti