...

ATƏT ölkələri Mərkəzi Asiya və cənub Qafqazda tranzit daşınmaları problemlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 02:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Mərkəzi Asiya və Cənub Qafqazda tranzit daşınmaları 23-24 oktyabrda Düşənbədə (Taciksitan) keçiriləcək ATƏT ölkələrinin konfransında müzakirə ediləcək. Bu haqda görüşün təşkilatçısı olan ATƏT-in iqtisadi və ekoloji fəaliyyətinin Koordinatoru Bürosundan xəbər verilib.

Təşkilatın bütün 56 üzvü üçün açıq olan konfransın məqsədi bu regonlardan tranzit daşınmalar məsələlərində siyası əməkdaşlığın möhkəmləndirilməsidir . Konfransın məramı dövlət və şəxsi sektorla tranzit nəqliyyat daşınmalarının idarəedilməsi məsələlərində əməkdaşlığın genişləndirilməsindən ibarətdir .

Görüşün yekununa dair bu ölkələrin hökəmətləri tərəfindən rugionda tranzit-nəqliyyat şəraitinin yaxşılaşdırılmasın yönəlmiş siyasi bəyanatın ( qarşılıqlı anlaşma memorandumu və ya bəyannaməsi ) qəbul edilməsi mümkündür .

Konfransda Mərkəzi Asiya və Cənub Qafqaz ölkələrinin və ATƏTin digər bölgələrinin gömrük , nəqliyyat və ticarət qurumlarının nümayəndələri iştirak edəcək . Həmçinin , konfransda qonşu trnazit ölkələrin , beynəlxalq maliyyə qurumlarının və digər beynəlxalq , regional və subregionla təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub .

Azərbaycanı konfransda nəqliyyat və maliyyə nazirliklərinin , dövlət gömrük komitəsinin , satıcı və istehsalçılar birliyinin nümayəndələri təmsil edəcəklər .

Xəbər lenti

Xəbər lenti