...

Azərbaycan hökuməti QTİB-ə real sektoru birbaşa maliyyələşdirməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankına (QTİB) ölkə iqtisadiyyatının real sektorunu birbaşa, vasitəçisiz maliyyələşdirməyi təklif edib. Bu barədə cümə axşamı İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib. Bu gün QTİB-in Azərbaycandakı əməliyyatlarının 75 faizi bank sistemi vasitəsilə həyata keçirilir. "Bizim maliyyə vəsaitlərimizin Azərbaycanın Bank sektorunda cəmləşməsi yüksəkdir və biz Azərbaycan hökumətinin iradını ədalətli sayırıq. Lakin ölkə üzrə yeni strategiya çərçivəsində, biz yeni layihələr axtarmağa hazırıq"- cümə axşamı Qara Dəniz bankının Bakıda olan vitse-prezidenti Andrey Kondakov bildirib. Onun sözlərinə görə, bank növbəti ildən Azərbaycan bazarında iştirakını genişləndirmək niyyətindədir. QTİB pərakəndə ticarət, energetika, infrastruktur, tikinti sahələrində layihələri maliyyələşdirməkdə maraqlıdır. Bu gün bank Azərbaycanda ümumi dəyəri 15 mln. dollar olan şüşə qablar istehsalı zavodu və supermarketlər şəbəkəsinin tikintisini maliyyələşdirir. İnfrastruktur üzrə Azərbaycan hökumətindən təkliflər gəlməyib, lakin Kondakovun sözlərinə görə, bank onların, həmçinin, dəniz limanının tikintisinin maliyyələşdirilməsinin mümkünlüyünü müzakirə etməyə hazırdır. Bankın başqa ölkələrdə layihələrin maliyyəşdirməsi təcrübəsi var. Təklif gəlsə, bank Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində iştirakını tədqiq edə bilər. Bank gələcəkdə ölkənin dövlət sektorunda iştirakını istisna etmir. QTİB -in ümumi kredit portfeli 1.216 mlrd. dollar təşkil edir və 94 əməliyyat maliyyələşdirilib. Azərbaycanın payına, ümumi dəyəri 82 mln. dollar olmaqla, 10 əməliyyat düşür. QTİB-in 1999-cu ilin noyabrında təsis edildiyi vaxtdan Azərbaycan bankın səhmdarıdır.

Xəbər lenti

Xəbər lenti