...

Bakı Banklararası Valyuta Birjası dekabrın 27-də bağlanan əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının məlumatında bildirilir ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 27 dekabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8455 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasınınaçılış məzənnəsi hər ABŞ dollarına görə 0,8455 AZN təşkil edib. USD/AZN T+0aləti üzrə qeydə alınan əqdlərin həcmi 2 198 300 AZNtəşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 14 796 250 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8455AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birca Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZNaləti üzrə $ 20 100 000ABŞ dolları və ya 16 994 550 AZNtəşkil edib. Orta hesabla, hər sövdələşmənin payına1 256 250ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVROvəRus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,25%, ABŞ dolları üzrə isə illik 16,00% təşkil edib.

Gün ərzində banklar arasında həcmi 3 000 000 AZNmüddəti 60 güntəşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcəsi illik 11,00%təşkil edib.

Xəbər lenti

Xəbər lenti