...

Azərbaycanın sığorta şirkəti Life sığortanın tətbiqi üçün beynəlxalq institutları cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın yeni sığorta şirkəti Qarant Sigorta 2009-cu ildə törəmə Life şirkəti açmaq niyyətindədir. Bu barədə bazar ertəsi şirkətin idarə heyətinin sədri Vaqif Həsənov məlumat verib.

"Life-şirkət açmaq üçün Qarant Sigorta tərəfdaşların cəlb edilməsi üçün beynəlxalq institutlarla danışıqlar aparmağa başlayıb", - Həsənov bildirib. Həsənov şirkətin konkret olaraq hansı maliyyə institutları ilə danışıqlar apardığını açıqlamayıb.

Azərbaycanda "Sığorta fəaliyyəti haqqında" yeni Qanun martın 15-də qüvvəyə minib. Təsdiq edilmiş qanuna görə, sığorta şirkətləri Life və Non-life şirkətlərinə ayrılacaqlar (üç il ərzində). Life-şirkətlər sığortaçılara yığım sığortası təqdim edəcəklər.

Həsənov bildirib ki, şirkət Life-şirkətin açılması üçün öz vəsaitləri kifayət etmədiyinə görə, beynəlxalq institutlarda tərəfdaşlar axtarır.

Qarant Sigorta Azərbaycanın sığorta bazarında 2007-ci ilin noyabrından fəaliyyət göstərir. Şirkət 18 növ könüllü və dörd növ məcburi sığorta xidməti göstərir. Şirkətin Nizamnamə kapitalı 1 mln. manat təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti