...

Azərbaycanda istehlak bazarında qiymət artımı mənzillərin qiymətinin artmasına gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend müxbir Ü.İsmayılova/ Martda Azərbaycanda istehlak qiymətlərinin artması ölkənin daşınmaz əmlak bazarında üç faizlik qiymət artımına səbəb olub. Bu barədə "MBA group" konsaltinq şirkətinin Baş direktoru Nüsrət İbrahimov məlumat verib.

"Qiymətlərin daşınmaz əmlak bazarında belə sürtəli şəkildə öz əksini tapması Azərbaycan bazarının sərt elastiklilik əmsalına görə baş verir", - İbrahimov bildirib.

2008-ci ilin fevralı ilə müqayisədə martda istehlak malları və xidmət tariflərinin qiymətlərinin artım templəri 3,1 faiz, birinci rübdə isə ötən ilin yanvar-martı ilə müqayisədə 16,5 faiz təşkil edib.

İbrahimovun sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarının elastiklik əmsalı təqribən 50 faizə bərabərdir. Yəni, əgər istehlak bazarında üçfazilik artım baş verirsə, o zaman daşınmaz əmlak bazarında qiymətlər bazarın seqmentindən asılı olaraq 1,5 faiz artır.

"Mənzillərin qiymətlərinin artmasının daha bir səbəbi mənzilin birbaşa olaraq istehlak bazarı ilə bağlı olan maya dəyərinin artmasıdır", - İbrahimov bildirib.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyin məlumatına görə, martda Bakıda tikinti materiallarının qiymətlərində fevrala nisbətən nəzərə çarpacaq dəyişiklik müşahidə edilməyib, fərq 0,6 faiz təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti