...

Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan dövlətlərarası komissiyanın iclasının nəticələrindən razıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 15:30 (UTC +04:00)
Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan dövlətlərarası komissiyanın iclasının nəticələrindən razıdır - nazir

Qazaxıstan, Astana, 22 aprel / Trend , müxbir K.Konırova / Qazaxıstan tərəfi bu gün Astanada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan dövlətlərarası komissiyanın növbəti iclasının nəticələrindən razıdır. Bu barədə çərşənbə günü Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev bildirib.

Qazaxıstan tərəfdən komissiyanın həmsədri olan Mınbayevin sözlərinə görə, Astanadakı görüşdə əsasən Azərbaycanın Qazaxıstana olan dövlət borcunun nizamlanması məsələsi müzakirə olunub və təsdiq olunub ki, bütün dövlətdaxili prosedurlar həyata keçirilib.

"Dövlət borcuna dair sənədin imzalanması tarixi və yerinin müəyyənləşdirilməsi gözlənilir" - Mınbaev bildirib. Azərbaycanın Qazaxıstana borcu 16,9 mln. dollar təşkil edir. Borcun ödənişi haqqında prinsipial müqavilə ötən il Azərbaycanın maliyyə naziri Samir Şərifovun Astanaya səfəri zamanı əldə olunub.

Onun sözlərinə görə, neft-qaz sahəsində əməkdaşlıq konstruktiv olaraq davam etdirilir.

"Sabah Senatda Qazaxıstan neftinin BTC boru kəməri vasitəsilə nəqlinin dəstəklənməsi barədə sazişin təsdiq olunması üzrə iclas keçiriləcək. Sazişlərin təsdiq olunmamasına baxmayaraq, iki ölkənin milli şirkətləri səviyyəsində texniki işlər kifayət qədər səmərəli aparılır və bu məsələdə sürətli inkişafa ümid edirik" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti