...

Bakıda daşınmaz əmlakın ilkin bazarında qiymətlər martda təxminən 2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı 30 aprel / " , müxbir Ü.İsmayılova/ Mart üzrə Bakıda daşınmaz əmlakın ilkin bazarında qiymətlər fevral ayı ilə müqayisədə 1,8 faiz artıb. Bu barədə çərşənbə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyindən məlumat verilib.

İlkin bazarda bir kvadrat metrin orta qiyməti 1076 dollar təşkil edib.

Şəhərin mərkəzi- birinci zonasında təqdim olunan mənzillərin çoxu beşotaqlı, üçüncü zonada isə birotaqlı mənzillər olub.

Martda təqdim olunan birotaqlı mənzillərin sahəsi orta hesabla 58,8 kvadrat metr, beşotaqlı mənzillərin sahəsi isə 229,4 kvadrat metr olub.

Aşağıdakı cədvəldə mart ayı üzrə ilkin bazarda təklif olunan mənzillər qeyd olunub:

Mənzillər Sayı Sahənin orta göstəricəsi Ümumi tikintidə faizlərlə pay
1-mənzilli 9845 58,8 15
2- mənzilli 19867 92,6 31
3- mənzilli 25678 136,9 40
4- mənzilli 8387 182,2 13
5- mənzilli 802 229,4 1

Mart ayında ilkin bazarda 581 bina tikilib və istismara verilib. Bina tikən şirkətlərin sayı 216-dır. Binaların çoxu (26 faizi) Bakının Yasamal rayonunda tikilib.

Xəbər lenti

Xəbər lenti