...

AMB Azərbaycan iqtisadiyyatına dövlətin zəmanət verdiyi və zəmanət vermədiyi kreditlərin 50 faizdən çox artdığını bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycan Milli Bankının açıqladığı ödəmə balansına əsasən, doqquz ayın yekunları üzrə birbaşa dövlət və dövlətin zəmanət verdiyi kreditlər, özəl sektora cəlb edilmiş kredit və borclar, depozitlər və digər kapital yatırımlarının xüsusi çəkisi xarici sərmayələrin ümumi həcminin 50,4 faizini təşkil edib, - AMB- dən bazar ertəsi bildiriblər. Bu vəsaitlərin ümumi həcmi 3011,1 mln. dollar təşkil edib ki, bu da 2007-ci ilin göstəricilərindən 1,5 dəfə çoxdur.

Vəsaitlərin ümumi həcmindən birbaşa dövlət və  dövlət zəmanəti altında cəlb edilən kreditlər 52,5 faiz artımla 15,9 faiz (478 mln. dollar) təşkil edib. Zəmanət verilməmiş kreditlərin həcmi 71 faiz artaraq, 1991,9 mln. dollar təşkil edib.

Bunlardan 683,1 mln. dollar beynəlxalq maliyyə təşkilatlarından beynəlxalq neft - qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi üçün cəlb edilmiş borcların payına düşür. Bu vəsaitlər SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) Gürcüstan və Türkiyədəki enerji layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Zəmanət verilməmiş kreditlərdən 1308,8 mln. dollar banklar, birgə müəssisə və firmalar tərəfindən cəlb edilib. Bu, ötən ilin analoji göstəricisini 1,7 dəfə ötür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti