...

Gürcüstandan 25 min ton sitrus bitkisi ixrac olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 11:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Acariyada sitrus bitkiləri üzrə məhsuldarlıq 45 min ton təşkil edib, bunun 25 min tonu ixrac edilib. Məhsulun qalan hissəsi isə Gürcüstanın daxili bazarında satılacaq. Bu barədə bazar ertəsi ölkənin kənd təsərrüfatı naziri Bakur Kvezereli bildirib.

Kvezerelinin sözlərinə görə, dekabrın 25-dən Acariyada qeyri-standart növlü naringinin təhvil veriləcəyi müəssisə fəaliyyət göstərməyə başlayacaq.

"Sitrus bitkilərinin 25 min tonu ixrac olunub ki, bu da bizim əldə etdiyimiz məhsulun yarısından çoxdur. Proses davam etdirilir və ilin sonunadək bir neçə min ton sitrus bitkisi də ixrac olunacaq", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti