...

İran və Venesuela prezidentləri Tehranda birgə bankın açılış mərasimində iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 18:18 (UTC +04:00)

Aprelin 3-də Tehranda İran və Venesuela prezidentlərinin iştirak ilə birgə bankın açılış mərasimi keçirilib. Bu barədə İran televiziyası xəbər verib.

Birgə bankın ilkin nizamnamə kapitalı 200 mln. dollar təşkil edir. İran və Venesuela onun səhmlərinin 50 faizinə malikdir.

Bankın nizamnamə fondu birgə iqtisadi və sənaye sahələrinin sərmayələşdirilməsi məqsədilə 1,2 mlrd. dollara çatdırılacaq

Mərasimdən sonra İran Prezidenti Mahmud Əhmədinejad və Venesuela Prezidenti Uqo Çaves təkbətək görüş keçirib.

Xəbər lenti

Xəbər lenti