...

Parabank pensiyaçılara yeni töhfə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı - Parabank aprelin 1-dən pensiyaçılara yeni "Zəhmətkeş Əmanəti" adlı töhfə təqdim edib. Bu barədə bankın məlumatında bildirilir.

"Zəhmətkeş Əmanəti"nə vəsait yerləşdirmək üçün vətəndaşlarımız öz şəxsiyyət vəsiqələrini və təqaüd kitabçalarını təqdim etməlidirlər.

Bu əmanət növünə əmanət yerləşdirən təqaüdçülər il ərzində yatırdıqları vəsaitlərini 17,5 % (AZN ilə ) və ya 18,5 % (ABŞ dolları ilə) artıra bilərlər. "Zəhmətkeş Əmanəti"nin minimum məbləği 200 AZN\ABŞ dolları təşkil etməklə 6, 9, 12 ay müddətlərinə qəbul edilir.

Bundan əlavə, əmanət yerləşdirən təqaüdçülər həyat sığortası da əldə edə biləcəklər.

"Parabank" ASC 2007-ci ilin iyul ayından Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Aprelin 13-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti