...

Bakıda ölkənin ÜTT-yə daxil olması çərçivəsində GATT üzrə seminar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2009 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması prosesi çərçivəsində xidmətlərlə ticarət üzrə Baş Sazişə (GATS) dair seminarlar keçirir. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında bildirilir. 

Tədbirdə Ədliyyə, Səhiyyə, İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və digər aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Seminar iştirakçıları ÜTT-nin ekspertləri tərəfindən xidmətlərlə ticarət üzrə Baş Sazişin əhatə dairəsi, xidmətlərə dair öhdəlikləri əks etdirən Milli Cədvəlin tərtibi (bazara giriş və milli rejim), ÜTT-yə üzv dövlətlərin xidmətlər sahəsində təcrübəsi barədə məlumatlandırılıblar. 

Seminarlar 3 gün davam edəcək.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusunda təmsil olunur.

Azərbaycan hökuməti iyunda Cenevrədə ÜTT-nın işçi qrupu ilə danışıqların VII raundunun keçirilməsinə hazırlaşır. Əvvəlki görüş ötən il dekabrın 11-də baş tutub.

Dekabr görüşündə görülən işlər haqqında (factual summary) hazırlanan hesabat çərçivəsində mal və xidmətlər üzrə danışıqlar aparılıb.

Azərbaycan ölkənin ÜTT-yə gələcəkdə iqtisadiyyatın inkişafına xələl gətirməyəcək münasib şərtlərlə daxil olmasını istəyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti