...

Rusiya MDB-nin gələcək inkişafını görmək istəyir – Baş nazirin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 14:23 (UTC +04:00)

Qazaxıstan, Astana, 22 may / Trend , müxbir K.Arınova /

Rusiya MDB-nin gələcək inkişafını görmək istərdi . Bu barədə cümə günü Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclasında Rusiya Baş nazirinin müavini İqor Şuvalov bildirib.
"MDB  - çox faydalı formatdır və o, inkişaf üçün əlavə impulslar ala bilər. Hamımızın yaşadığı böhranlı vəziyyət bizi nəinki Avrasiya İqtisadi Birliyi, həm də MDB üzrə tərəfdaşlarımız ilə fəal qarşılıqlı əlaqədə işləməyə vadar edir",  - deyə Şuvalov bildirib.

Şuvalov deyib ki, gələn il MDB-yə sədrliyi dövründə Rusiyanın hərəkət xətlərindən biri təkcə Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi çərçivəsində deyil, həm də ümumilikdə MDB çərçivəsində yeni tipli iqtisadiyyatın formalaşdırılması olacaq.

Şuvalov qoşulma üçün açıq olan Avrasiya İqtisadi Birliyinin Antiböhran Fondunun yaradılması, həmçinin Avrasiya İnkişaf Bankının mövcud olmasının vacibliyini də qeyd edib.

"Gələn ildən sədrliyimiz dövründə biz bu istiqaməti fəal inkişaf etdirə bilərik. Bu, MDB formatı üçün onun mövcud olması və inkişaf etməsi anlamına gəlir", - deyə Şuvalov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti